AZ

İlqar Məmmədovdan siyasətdən getməsi xəbəri ilə bağlı AÇIQLAMA

REAL partiyasının keçmiş sədri İlqar Məmmədov siyasətdən getməsi ilə bağlı xəbərləri təkzib edib. 

Bakıvaxtı.az-ın məlumatına görə, İ.Məmmədov bir gün əvvəl verdiyi açıqlamada publik siyasətdən çəkildiyini qeyd etdiyini bildirib:

"Yazırsan "publik siyasətdən çəkildim, partiyada başqa işlə məşğul olacam", xəbər başlığına "İlqar Məmmədov siyasətdən getdi" yazırlar. Siyasi partiyada vacib iş görən şəxs siyasətdən getmiş sayılır?", - deyə siyasətçi bildirib. 

Qeyd edək ki, İ.Məmmədov ötən gün "Keçən il söz vermişdim: həm qarşıdakı prezident və ya parlament seçkisində rəhbəri olduğum Respublikaçı Alternativ partiyasına uğur qazandıra bilməsəm, həm də özüm seçki dairəsini uduzsam, publik siyasətdən çəkiləcəm" deyə açıqlama verib. 

xatırladaq ki, sentyabrın 11-də İlqar Məmmədov REAL Partiyasının sədri vəzifəsindən istefa verib.

Seçilən
193
1
bakivaxti.az

10Mənbələr