AZ

İrəvandan dəhliz açıqlaması: “Naxçıvana yol bu şərtlə açıla bilər”

Ermənistan regional kommunikasiyaların (Zəngəzur dəhlizi – red.) açılması ilə bağlı prosedurları sadələşdirə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Regional kommunikasiyaların açılmasından danışanda Azərbaycanın cavabı belə oldu ki, çox yaxşı, Ermənistan bunu istəmir, biz də bu layihəni İran ərazisindən keçirəcəyik. Bir daha rəsmən qeyd etmək istəyirəm ki, Ermənistan İranla eyni şərtlərlə keçidi təmin etmək istəyir və bunu etməyə hazırdır. Üstəlik, biz prosedurların müəyyən sadələşdirilməsini də istisna etmirik və bunu ikitərəflilik məntiqi ilə istəyirik.

Bizim sosial şəbəkələrdə də yazırlar ki, o yol açılsa, növbəti xəyanət olacaq. Yəni deməliyik ki, Azərbaycandan Naxçıvana öz ərazimizlə getməyə icazə vermirik? Bu hansı məntiqdir, bunu deməyə nə ehtiyac var? Əksinə, biz səmimi və şəffaf şəkildə deyirik ki, biz o yolu təmin etməyə hazırıq. Əlbəttə, biz onların İrandan keçməsinin əleyhinə deyilik, bu, İranla Azərbaycan arasında münasibətlərə aiddir, amma biz bir daha təsdiq edirik ki, biz də eyni şərtlərlə onları təmin etməyə hazırıq”, - Paşinyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
219
1
teleqraf.com

10Mənbələr