Yazını böyüt
Yazını kiçilt
Dünya birjalarında neftin qiyməti azalıb.
Hafta.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,57 dollar azalaraq 76,36 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,48 dollar azalaraq 73,07 dollar təşkil edib.