AZ

Bakı və Yerevan arasında ciddi razılaşmalar əldə edilib



Ermənistan Azərbaycana 10- cu sülh təkliflər paketini təqdim edib. Tərəflər arasında danışıqlar gedir və müsbət istiqamətdə irəliləyişə nail olunub. Ermənistan Baş naziri Nikol Paşinyan 17 maddelik bəndin 13-nün razılaşdırıldığını qeyd edib. Həmçinin Sənədin bəyannamə hissəsidə razılaşdırılıb. Sərhəd komissiyasının nizamnaməsi qəbul edilərək, Avropa Birliyinin mülki missiyasının sərhəddə yaxınlaşmaması ilə bağlı ikitərəfli razılıq əldə edilib.
Demək olar ki, N. Paşinyan sərhəddə prezident İlham Əliyevlə görüşə də razıdır. Qeyd edim ki, ikitərəfli danışıqlar və sərhəddə görüş Azərbaycanın təklifidir və Ermənistan tərəfi bu şərtlə razıdır. Ermənistan iki ildən sonra konustitusiya islahatlarına gedəcəyini elan edib. Azərbaycan və Türkiyə qarşı ərazi iddialarının Ermənistan konustitusiyadan çıxarılması reallaşacaq. Hazırda Yerevan tərəfi silahlanır. Amma, bunun hərbi eskalasiyaya gətirib çıxaracağını istisna edirəm. Çünki danışıqlar gedir və ikitərəfli razılıqlar var.
Rusiya Azərbaycani Ermənistana qarşı təzyiqlərə sövq etməyə çalışır. Zəngəzur dəhlizinin sülh şərtlərinə daxil edilməsini və hərbi təzyiqlərə əl atılmasını Bakıdan arzulayır. Amma, rəsmi Bakı buna getməyəcək. Fransa da hərbi eskalasiyada maraqlıdır. Ermənistan hakimiyyəti Fransanın diktəsi ilə danışıqları pozarsa, hərbi təxribatlara gedərs, itirən tərəf Yerevan olacaq. Ona görə də hərbi eskalasiya mürəkkəbdir və N. Paşinyanin bunun nəticələrini Ermənistan üçün arzuolunan səviyyədə olmayacağını bilir.
Ermənistan və Azərbaycan arasında yeni bir çərçivə sazişinin imzalanması mümkündür. Bakı və Yerevan arasında çox ciddi razılaşmalar mövcuddur.
Məhəmməd Əsədullazadə
MCP Başqan müavini
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
newscenter.az

10Mənbələr