AZ

ABŞ-dan mesaj: "Çoxdan gözlənilən olur, nəhayət Bakı və İrəvan..."

Onilliklər davam edən münaqişədən sonra Cənubi Qafqaza sülh gətirə biləcək çoxdan gözlənilən saziş tamamlanmaq üzrədir, Azərbaycan və Ermənistan bunu təsdiqləyib.

Turkustan.az xəbər verir ki, bu barədə "Politico" yazır.

ABŞ nəşri Ermənistan Baş naziri Nikol Paşinyanın dünən İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə diqqət çəkib. Paşinyan son aylarda ikitərəfli danışıqlarda əsas məsələlər üzrə kifayət qədər irəliləyiş əldə olunduğunu bildirib.

“Sülh müqaviləsinin son layihəsində 17 maddə var. Bunlardan 13-ü, o cümlədən ön söz tam razılaşdırılıb”, - Ermənistan rəhbəri deyib.

Paşinyan Bakıya sülh müqaviləsinin razılaşdırılmış maddələr əsasında imzalanmasını təklif edib.

Nəşr vurğulayır ki, bu açıqlama Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamənin razılaşdıraraq imzalanmasından bir gün sonraya təsadüf edib. Məqalədə qeyd olunur ki, bu gəlişmələr son dörd ildə tərəflər arasında baş vermiş çoxsaylı hərbi toqquşmalardan sonra yaşanır.

ABŞ nəşri Rusiya sərhədçilərinin Ermənistan sərhədlərindən çəkilməsi prosesinə də diqqət çəkib.

"Politico"ya açıqlamasında Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də ikitərəfli danışıqlarda irəliləyişin əldə olunduğunu təsdiqləyib. Həmçinin o, əlavə edib ki, sərhəd komissiyalarının razılaşması Avropa Birliyi kontingentinin Ermənistan-Azərbaycan sərhədindən çıxarılması üçün yetərli hesab edilməlidir. (teleqraf.com)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
turkustan.az

10Mənbələr