"Qəbələ"dən ayrılan Rauf Hüseynlinin klubsuz günləri başa çatıb.
Sol cinah müdafiəçisi karyerasını "Kəpəz"də davam etdirəcək.
Qərb təmsilçisinin yeni baş məşqçi Azər Bağırov onun xidmətinə ehtiyac duyub.
"Qarabağ”ın yetirməsi ötən ilin yayından “qırmızı qaralar”ın şərəfini qoruyurdu.
O, ötən mövsüm meydana çıxdığı 35 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Gənclər millimizin sabiq üzvü karyerası ərzində “Şamaxı” və “Zirə”də də çıxış edib.
XANOĞLAN/ SPORTİNFO.AZ