Rafael Utziq Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, "Zirə"nin braziliyalı legionerinin yubileyi Premyer Liqanın V turunun “Qarabağ”la ev görüşünə (1:3) təsadüf edib.
28 yaşlı hücumçu bu qarşılaşmada sonradan meydana çıxıb. Utziq Premyer Liqadakı 100 matçda 18 qola imza atıb.
Cənubi amerikalı “Qəbələ”də 81 oyunda 15, “Zirə”dəki 19 matçda 3 qola sevinib. O, Premyer Liqada 2020-ci il sentyabrın 19-da “Qəbələ”nin “Keşlə” (indiki “Şamaxı”) ilə ev görüşündə (0:0) debüt edib.