AZ

İraqdan Türkiyəyə keçmək istəyən 4 terrorçu MƏHV EDİLDİ - VİDEO

İraqdan Türkiyəyə keçmək istəyən 4 terrorçu zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat yayıb.

“Terror cəhdinə hazırlıq görən və zərərsizləşdirilən 4 terrorçunun şəxsiyyəti müəyyən edilib.

Onların 13 mühafizəçinin şəhid olduğu, 39 mühafizəçi və 6 mülki vətəndaşın yaralandığı, ümumilikdə 22 aksiyada iştirak etdiyi müəyyən edilib”, - deyə nazir qeyd edib.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
bizim.media

10Mənbələr