AZ

Türkiyədə hərbi maşın aşdı - 4 əsgər şəhid oldu

Türkiyədə dörd hərbçi yol-nəqliyyat hadisəsində şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya “X” hesabında yazıb.

Qeyd olunur ki, zirehli hərbi avtomobilin aşması nəticəsində Ömer Eroğlu, Mehmet Aykanat, Orhan Burak Büyükçaylı və Doğan Kızılateş şəhid olublar.

Yol-nəqliyyat hadisəsində Çavuş Muhammet Koyuncu yaralanıb. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
50
qafqazinfo.az

10Mənbələr