AZ

“Fənərbağça” braziliyalı futbolçu ilə yollarını ayırdı

Türkiyənin “Fənərbağça” klubunda daha bir ayrılıq yaşanıb.

“Cebheinfo.az” xəbər verir ki, İstanbul təmsilçisi Luan Peresin müqaviləsinə xitam verib.

Bu qərar baş məşqçi Joze Mourinyonun braziliyalı müdafiəçini yeni mövsüm planlamasına daxil etmədiyi üçün verilib. Futbolçu ilə qarşılıqlı razılaşaraq yolların ayrıldığı açıqlanıb. Onun Braziliya komandası “Vasko da Qama”ya transfer olacağı da bildirilib.

Qeyd edək ki, Luan Peres 2022-ci ilin yayında Fransanın “Marsel” klubundan 5,2 milyon avroya “Fənərbağça”ya transfer olub. 30 yaşlı futbolçu İstanbul təmsilçisi ilə 23 matçda meydana çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
cebheinfo.az

10Mənbələr