AZ

Bu ölkədə "X" sosial şəbəkəsinin fəaliyyəti qadağan edildi

Braziliya Federal Ali Məhkəməsinin heyəti hakim Alexandri de Moraisin ölkəsində X sosial şəbəkəsinin fəaliyyətini dayandırmaq əmrini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, yerli "G1* portalının məlumatına görə, qərar yekdilliklə qəbul edilib. 

Bildirilir ki, qərar X Braziliya ədalətinin bütün tələblərini yerinə yetirənə qədər, yəni ümumi məbləği 18 milyon realı (3 milyon dollardan çox) keçən cərimələr ödənilənə və platformanın yeni qanuni nümayəndəsinə qədər qüvvədədir. 

Avqustun 30-da Braziliyanın Federal Ali Məhkəməsinin hakimi Alexandre de Morais, sahibi, amerikalı sahibkar İlon Maskın şirkətin yeni qanuni nümayəndəsini təyin etməkdən imtina etməsi səbəbindən X-in ölkədəki fəaliyyətini dayandırmaq qərarına gəlib. Di Morais həmçinin Maska məxsus Starlink Holdinqin hesablarının dondurulmasını əmr edib. İş adamı özü bu qərarı qanunsuz hesab edir.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
50
redaktor.az

10Mənbələr