Braziliya Federal Ali Məhkəməsinin heyəti hakim Alexandri de Moraisin ölkəsində X sosial şəbəkəsinin fəaliyyətini dayandırmaq əmrini təsdiqləyib.
Redaktor.az xəbər verir ki, yerli "G1* portalının məlumatına görə, qərar yekdilliklə qəbul edilib.
Bildirilir ki, qərar X Braziliya ədalətinin bütün tələblərini yerinə yetirənə qədər, yəni ümumi məbləği 18 milyon realı (3 milyon dollardan çox) keçən cərimələr ödənilənə və platformanın yeni qanuni nümayəndəsinə qədər qüvvədədir.
Avqustun 30-da Braziliyanın Federal Ali Məhkəməsinin hakimi Alexandre de Morais, sahibi, amerikalı sahibkar İlon Maskın şirkətin yeni qanuni nümayəndəsini təyin etməkdən imtina etməsi səbəbindən X-in ölkədəki fəaliyyətini dayandırmaq qərarına gəlib. Di Morais həmçinin Maska məxsus Starlink Holdinqin hesablarının dondurulmasını əmr edib. İş adamı özü bu qərarı qanunsuz hesab edir.
Turan İSMAYIL