AZ

Qazaxıstanda əməliyyat: 6 nəfər saxlanıldı

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları terror fəaliyyətində şübhəli bilinən 6 nəfəri saxlayıb.

Olaylar xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Almatı şəhəri, Qaraqanda, Türküstan və Ulytau vilayətlərində aparılan əməliyyat nəticəsində saxlanılan 6 nəfərdən maddi sübutlar, o cümlədən 3 ədəd qumbara aşkar edilərək götürülüb.

Şübhəlilərdən ikisi əvvəllər quldurluq və oğurluqda təqsirli bilinib.

Saxlanılan şəxslər barəsində terrorçuluğun təbliği maddəsi ilə istintaq başlanılıb. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
4
olaylar.az

5Mənbələr