AZ

Qazaxıstanda xüsusi əməliyyat: SAXLANILANLAR VAR

Qazaxıstan təhlükəsizlik qüvvələrinin əməkdaşları terror fəaliyyətində şübhəli bilinən 6 nəfəri saxlayıblar.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Almatı şəhəri, Qaraqanda, Türküstan və Ulytau vilayətlərində aparılan əməliyyat nəticəsində saxlanılan 6 nəfərdən maddi sübutlar, o cümlədən 3 ədəd qumbara aşkar edilərək götürülüb.

Şübhəlilərdən ikisi əvvəllər quldurluq və oğurluqda təqsirli bilinib.

Saxlanılan şəxslər barəsində terrorçuluğun təbliği maddəsi ilə istintaq başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
4
korrespondent.az

5Mənbələr