Bərdədə iki gün əvvəl itkin düşən Sevinc Rəşad qızı Abbaslının meyiti tapılıb.
Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.