Özbəkistandan Türkiyəyə gedən gəncin itkin düşdüyü məlum olub.
Hafta.az-ın yazdığına görə, bu barədə ölkənin İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.
Bildirilir ki, 2022-ci ilin oktyabr ayında Özbəkistandan Türkiyəyə gedərək itkin düşmüş 1999-cu il təvəllüdlü Kaşkədəryada anadan olmuş Norsaidov Doston Oktam oğlunun yaxınlarının müraciətinə əsasən axtarışa verilib.
Onun haqqında məlumatı olan vətəndaşlardan İstanbuldakı Baş Konsulluğa (0212) 323-20-37 nömrəli telefon və ya [email protected] elektron ünvanına müraciət etmələri xahiş olunub.
Bundan əvvəl Türkiyədə 4 il gizli saxlanılan özbək qadının xilas edildiyi bildirilirdi. Özbəkistanın Qarşi şəhərindən olan 21 yaşlı vətəndaş anasının 4 il əvvəl İstanbula getdiyini və 3 ildir ki, onunla əlaqə saxlamadığını Xarici İşlər Nazirliyinə bildirib.
Türkiyə qanunvericiliyinə əsasən, Türkiyə vətəndaşına qarşı şəxsi “Şəxsi iradəsinə zidd saxladığı üçün” cinayət işi başlanıb.