AZ

Bərdədə 15 yaşlı qızın qəsdən öldürülməsi ilə bağlı cinayət işi qaldırılıb

Sentyabrın 3-də Bərdə rayonunun Cəyirli kəndində yerləşən yarımtikilidə 2 gün əvvəl itkin düşmüş həmin kəndin sakini, 15 yaşlı qızın meyiti aşkar edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, meyitin xarici müayinəsi zamanı üzərində müxtəlif xəsarət izləri aşkar edilib.

İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məlumatda deyilir ki, hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
40
turan.az

10Mənbələr