AZ

Kamran Əliyev: "Bakıdakı separatçıların işi məhkəməyə göndəriləcək"

Azərbaycanın Baş prokuroru Kamran Əliyev qondarma “Dağlıq Qarabağ”ın keçmiş “hərbi və siyasi liderləri”nin işindən danışıb.

Turkustan.az xəbər verir ki, bu barədə Kamran Əliyev Rusiya mətbuatına açıqlama verib.

O deyib ki, separatçı rəhbərləin ilkin istintaq başa çatıb, materiallar yaxın vaxtlarda məhkəməyə veriləcək.

“Bu cinayət işində çoxlu zərərçəkən var”, - deyə Baş prokuror qeyd edib.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda mövcud olmuş separatçı rejimin rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, qondarma “xarici işlər naziri” David Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək istintaqa cəlb edib. Onlar hazırda Bakıdakı təcridxanada saxlanılırlar. /Cebheinfo.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
40
turkustan.az

10Mənbələr