Hər bir valideyn öz övladının qayğısına qalır və bunu bütün həyatı boyunca özünə borc bilir. Lap körpəlikdən danışırıqsa bu qayğı körpənin qidalanmasından tutmuş fiziki ehtiyaclarına qədər artır. Təəssüf ki, psixoloji qayğılar çox vaxt unudulur. Lakin uşağın psixologiyası ən az fiziki sağlamlığı qədər önəmlidir.
Adətən düşünülür ki, uşaqlar ancaq oyuncaq və yaşıdları ilə əylənmək istəyirlər. Bunun belə olmadığı, uşaqların, hətta körpələrin də böyüklər kimi psixoloji problemlərinin olduğu aşkarlanıb. Məsələn körpələr də depressiyaya düşə bilir. Qəribə səslənsə də bu belədir.
Bu məsələ ilə bağlı amerikalı psixoanalist Rene Spitz məşğul olmuş və araşdırmalarından uğurlu nəticələr əldə etmişdir. Spitz, körpənin gördüyü qayğı və diqqətin zehni inkişafda daha həlledici olduğu fikrini önə sürdü. Körpələr və onlara baxanlar arasındakı obyekt münasibətlərinə diqqət çəkərək, inkişafı qidalandıracaq amillərin, inkişafı əngəlləyən səbəblər qədər əhəmiyyətli olduğunu müafiə etdi. Yəni körpə uşaqlar da gördükləri münasibətdən və yaşadıqları mühitdən asılı olaraq depressiyaya düşə bilirlər. Müjde Yahşinin də dediyi kimi “Depressiya insan həyatının istənilən mərhələsində baş verə bilən beyin xəstəliyidir.”
Körpələrin depressiyaya girmə səbəbləri normal olaraq yalnız düşdükləri mühitdən asılıdır və bu depressiya həmin uşaqlarda yetkin halda olanda da özünü göstərir. Uşağın depressiyaya girməsi biləvasitə ailəsindən də asılı olur.Yetkinləri depressiyaya salan bioloji və psixoloji səbəblər bəzən uşaqlar üçün də keçərli olur. Seretonin və digər bəzi maddələrin əskikliyi depressiyanın bilinən bioloji səbəblərindəndir. Bəzi düşüncə tərzləri də uşaqları depressiyaya meylli edir. Hadisələrin yalnız mənfi tərəflərini görmək, mükəmməliyyətçilik, ümidsizlik v.s.
Valideynlərdən birinin depressiyada olduğu bir ailədə, uşaq adətən qayğısız qalır və onunla pis rəftar edən anayla qarşı-qarşıya olur. Həmçinin valideynlər arasında olan hansısa mübahisədə uşağın depressiyaya girməsinə səbəb ola bilər. Ailə içi anlaşılmazlıqlar yeniyetmələri intihara aparan əsas səbəblər sırasındadır.
Belə ki, valideyn laqeydsizliyi də depressiyaya yol açan səbəblərdəndir. Laqeydsizliyin də 3 növü var: təhsildə laqeydsizlik, fiziki laqeydsizlik və duyğusal laqeydsizlik.
Fiziki laqeydsizlik – uşağın tibbi ehtiyaclarının gecikdirilməsi, evdən qovulması, uzun müddət başqalarının yanında qalması, yaxud uzun müddət tək qalması, paltarlarının təmizliyinə, qidalanmasına da diqqət edilməməsi bura aiddir.
Təhsildə laqeydsizlik – uşağın məktəbdən tez-tez qaçmasına, məktəbdə olan davamiyyətsizliyinə baxmayaraq valideynin heç bir tədbir görməməsi, yaxud evdə hansısa iş səbəbindən uşağın məktəbdən saxlanılması halları bura daxildir.
Duyğusal laqeydsizlik – valideynin övladına yetəri qədər qayğı və sevgi göstərməməsi, yaxud uşağın hansısa pis vərdişinə göz yumulması halları da bura daxildir. Duyğusal laqeydsizliyə məruz qalan uşağın gələcəkdə depressiyaya düşmək ehtimalı da var. Uşaq depressiyasının müalicəsi: Psixoterapiya – uşaq və yeniyetmələrdə dərmanlardan çox istifadə edilmədiyi üçün psixoteraoiyadan istifadə edilir. Müalicə müddətində bu yaş qrupundakı uşaqların xüsusilə mənfi düşüncələr aşkarlanaraq dəyişdirilməsi bacarığı uşaqlara aşılanır. Özlərinə olan güvənləri artdırılır, ümidsizlikləri aradan götürülür və problemləri necə həll edəcəkləri öyrədilir. Həmçinin valideynlərlə də görüşüb onlarında müalicədə yaxından iştirakı təşkil edilir.
Unutmaq olmaz ki, “Uşaqlar bizim gələcəyimizdir!” Və cümləni daha dərindən dərk etməli olduğumuz açıq şəkildə ortadadır. Gələcək təkcə uşaqlardan asılı deyil. Onları şəxsiyyət kimi yetişdirmək vəzifəsi həm də bizlərdən asılıdır.
Ayhan Ağarzayev, BDU Jurnalistika fakültəsinin tələbəsi
a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }