AZ

Vətəndaşların DİQQƏTİNƏ: Əmlak vergisini vaxtında ödəməsəniz...

Azərbaycanda bələdiyyələr fiziki şəxslərdən daşınmaz əmlak və torpaq vergisi toplamaq hüququna sahibdir. Vergi Məcəlləsinə əsasən, ildə bir dəfə bələdiyyələr vergiləri hesablayıb fiziki şəxslərə bildirməli, daha sonra isə həmin vergilərin toplanmasını həyata keçirməlidir.

 

Referans.az xəbər verir ki, təcrübədə bələdiyyələr bu vergiləri ya tam yığa bilmir, ya da həmin vergiləri vaxtlı-vaxtında almaq mümkün olmur. Bəzi fiziki şəxslər hətta vergiləri ümumiyyətlə ödəmək istəmirlər.

 

Bəs bu hallarda bələdiyyələr fiziki şəxslərə qarşı hansı tədbirləri görə bilər?

 

Qanunvericiliyə əsasən, bələdiyyələr fiziki şəxslərdən yalnız qaydalara uyğun davrandığı halda vergi tələb etmək hüququna malikdir.

 

Vergi Məcəlləsində qeyd edilir ki, bələdiyyə tərəfindən hesablanmış əmlak və torpaq vergisinin məbləği və ödənilmə müddəti barədə tədiyə bildirişi tərtib etməlidir. Tədiyə bildirişi avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə verilməlidir. Bildirişi əldə edən əmlak sahibi hesablanan vergi məbləğini bərabər hissələrlə avqustun 15-dək və noyabrın 15-dək ödəməlidir. Tədiyə bildirişi rəsmi sənəddir.

 

“İcra haqqında” Qanuna əsasən, rəsmi sənəd haqqında məlumat şəxsə telefon zəngi ilə və ya mesaj proqramları vasitəsilə çatdırıla bilməz. Sənəd şəxsin ünvanına birbaşa çatdırılmalı və ya poçt vasitəsilə göndərilməlidir. Tədiyə bildirişi çatdırılmadığı halda, bələdiyyənin şəxsdən vergi borcunu tələb etmək hüququ yoxdur. Əgər rəsmi sənəd qaydalara uyğun çatdırılıbsa, o halda fiziki şəxslər vergi borcunu yuxarıda göstərilən müddətdə ödəməlidir.

 

 
 
Ətraflı
 
 
  

Vergi Məcəlləsi vergini ödəməyən şəxslərə qarşı hansısa cəza tədbirinin görülməsini və ya cərimə yazılmasını nəzərdə tutmayıb. Buna görə də bələdiyyələrin vergi borcunu ödəmək istəməyən şəxs barəsində yalnız məhkəməyə müraciət etmək hüququ var. Yalnız məhkəmənin qərarı ilə şəxsin vergi borcunun ödənilməsi məcburi icraya yönəldilə bilər.

 

“İcra haqqında” Qanuna əsasən məhəkəmənin qərarı olduğu halda, vergini artıq bələdiyyə deyil, Ədliyyə Nazirliyinin tabeliyində olan icra şöbəsinin əməkdaşları toplayır. Azərbaycanda bələdiyyə vergilərini məhkəmə qərarı vasitəsilə toplamaq təcrübəsi geniş yayılmayıb. Bunun da başlıca səbəbi hesablanan vergilərin məbləğinin böyük olmamasıdır. Adətən, əmlak və ya torpaq vergisinin məbləğləri 100 manatı keçmir.

 

Məsələn, sahəsi 100 kvadrat metr olan və Bakıda 3-cü zonada yerləşən bir mənzilin əmlak vergisi 36,4 manat edir. Belə bir kiçik məbləğ üçün məhkəməyə müraciət etmək bələdiyyələr üçün əlverişli deyil. Bu cür məbləğlərin alınması üçün bələdiyyələr yalnız öz imkanlarından istifadə etməklə borcu toplamağa çalışır.

 

Bələdiyyələrin şəxslərə təsir imkanı məhdud olduğundan isə bir çox hallarda vergiləri toplamaq mümkün olmur.

 
Seçilən
128
19
referans.az

10Mənbələr