AZ

Bakının suyu yenə kəsiləcək

Sentyabrın 6-da Bakının Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bolgə.TV  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, buna səbəb Bakıxanovda su xəttində aparılacaq təmir işləridir. Məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 6-da saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
35
bolgexeber.az

10Mənbələr