Bu barədə Aktual.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi ilə əlaqədar 6 sentyabr saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.