AZ

“Ukraynanın qələbəsi yalnız bu dörd ölkədən asılıdır”

“Bu gün dörd ölkə bizi Rusiyanı Ukrayna ərazisindən çıxarmağa qadirdir”.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın Baş naziri Saymon Harrislə mediaya birgə bəyanatı zamanı deyib.

“Uzaqmənzilli silahlardan istifadə etmək üçün bizə onları verən ölkələrdən icazə lazımdır. Bu isə həmin ölkələrdən asılıdır. Düzünü desəm, bu, bütün dost tərəfdaşların, bütün dünya ölkələrinin koalisiyasından asılı deyil”.

Zelenski vurğulayıb ki, bu qərar konkret dövlətlərdən: ABŞ, Britaniya, Fransa və Almaniyadan asılıdır.

“Yalnız bu dörd ölkə Rusiyanı ərazimizdən sıxışdırıb çıxarmaqda və bütün şəhərlərdə: Poltava, Lvov, Xarkov, Kiyevdə mülki əhalinin həyatını xilas etməkdə bizə kömək edə biləcək uzaqmənzilli silahları ya verir, ya da təmin etməyə qadirdir. Dnepr, Krivoy Roq, biz hər gün insanlarımızı itiririk”, - deyə Zelenski əlavə edib.

Seçilən
84
9
qafqazinfo.az

10Mənbələr