Bu gün dörd ölkə Rusiyanı Ukrayna ərazisindən çıxarmağa qadirdir.Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın Baş naziri Saymon Harrislə mediaya birgə bəyanatı zamanı deyib.
"Uzaqmənzilli silahlardan istifadə etmək üçün bizə onları verən ölkələrdən icazə lazımdır. Bu isə həmin ölkələrdən asılıdır. Düzünü desəm, bu, bütün dost tərəfdaşların, bütün dünya ölkələrinin koalisiyasından asılı deyil”.
Zelenski vurğulayıb ki, bu qərar konkret dövlətlərdən: ABŞ, Britaniya, Fransa və Almaniyadan asılıdır.
www.anews.az