AZ

HƏMAS Qəzzada cəsədləri tapılan israilli əsirlərin ölümdən əvvəlki görüntülərini yayıb

HƏMAS

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında cəsədləri tapılan israilli əsirlərin ölümdən əvvəlki görüntülərini yayıb.

APA xəbər verir ki, yayılan videoda əsirlər İsrail hökumətini uğursuzluqda ittiham edib, sağ-salamat azadlığa buraxılmaları üçün edilən hər cəhdin uğursuzluğa düçar olduğunu bildiriblər.

Görüntülərdə bir israilli məhbus “Lütfən, bizə laqeyd qalmayın və bombardmanı dayandırın” deyə müraciət edir.

Əsirlərdən biri İsrailin bombardmanında ölməmək üçün HƏMAS-ın onları 10 dəfə müxtəlif yerlərə köçürdüyünü qeyd edib.

Hamilə həyat yoldaşı, 2 yaşlı oğlu və xəstə valideynlərini geridə qoyduğunu bildirən əsirlərdən biri olan Aleksandr Lobanov İsrail xalqını Netanyahu rəhbərliyinə qarşı küçələrə çıxmağa çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
28
xalqcebhesi.az

10Mənbələr