İsrailli MMA döyüşçüsü Haim Gözəli “Bellator” çempionu Usman Nurməhəmmədova müraciət edib.
Publika.az xəbər verir ki, 51 yaşlı döyüşçü sosial şəbəkədə əlində bomba olan şəklini yerləşdirib. Bombanın üzərində Nurməhəmmədova söyüş yazılıb.
Gözəli İsrail Müdafiə Qüvvələrində xidmət edib. Ehtimallara görə, o, Usman Nurməhəmmədovun Qəzzadakı münaqişədəki mövqeyindən qəzəblənib.