AZ

"Qızıl top"a namizədlərin siyahısı - Ronaldo və Messi yoxdur

style='margin-bottom:10px;'>

“France Football” nəşri 2024-cü il “Qızıl top”a namizədlərin siyahısını açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıda 30 futbolçu yer alıb.

Bu 30 nəfərin arasında Kriştiano Ronaldo (Portuqaliya millisi, “Əl-Nəsr”), Lionel Messi (Argentina millisi, “İnter Mayami”) və Kevin de Brüyne (Belçika millisi, "Mançester Siti") yoxdur.

Ronaldo və Messinin siyahıda yer almaması son 21 ildə ilkdir.

“Qızıl top”a namizədlərin siyahısı:

Cud Bellinqem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı “Real”), Ruben Diaş, Erlinq Haaland, Fil Foden, Rodri (hamısı “Mançester Siti”) , Emiliano Martines (“Aston Villa”), Niko Uilyams (“Atletik”), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer”), Artem Dovbik (”Roma”), Mats Hummels (”Roma”), Dani Olmo (”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bavariya”), Vitinya (PSJ), Koul Palmer (“Çelsi”), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı “Arsenal”), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi “İnter”), Ademola Lokman (“Atalanta”).

Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi oktyabrın 28-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
25
teleqraf.com

10Mənbələr