AZ

"Qızıl top"a 30 namizəd açıqlandı - Ronaldu və Messi kənarda qaldılar

"France Football” nəşri “Qızıl top”a namizədlərin siyahısını açıqlayıb. 2003-cü ildən bəri ilk dəfə Kriştianu Ronaldu (“Əl-Nəsr”, Portuqaliya millisi) və Lionel Messi (“İnter Mayami”, Argentina millisi) onların arasında deyil.

Fanat.Az xəbər verir ki, 30 futbolçudan ibarət siyahı belədir:

Kilian Mbappe, Cud Bellingem, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı “Real Madrid”), Ruben Diaş, Erlin Holand, Filip Foden, Rodri (hamısı “Mançester Siti”) , Emiliano Martines (“Aston Villa”), Niko Uilyams (“Atletik”), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer Leverkuzen”), Artem Dovbik (“Jirona”/”Roma”), Mats Hummels (Dortmund “Borussiya”sı/”Roma”), Dani Olmo (“Leyptsiq”/”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bayern Münhen”), Vitinya (PSJ), Koul Palmer (“Çelsi”), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı “Arsenal”), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi “İnter”), Ademola Lokman (“Atalanta”).


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
25
azia.az

10Mənbələr