AZ

Tramp: Harris prezident olarsa, ABŞ iqtisadi böhranla üzləşəcək

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gələrsə, Birləşmiş Ştatlar 1929-1939-cu illərdəki böyük depressiya ilə müqayisə oluna biləcək iqtisadi böhranla üzləşəcək.

“İki sahil” xəbər verir ki, bunu keçmiş Amerika lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

"Əgər o, prezident olarsa, 1929-cu il kimi depressiya olacaq. Onun nə edəcəyi barədə heç bir fikri yoxdur", - deyə o bildirib.

Tramp əlavə edib ki, həmçinin, ölkə tarixdə ən böyük vergi artımı ilə üzləşəcək.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
ikisahil.az

10Mənbələr