AZ

Tramp Harrisin prezident olacağı təqdirdə İsrailin məhv ediləcəyini deyib

Tramp Harrisin prezident olacağı təqdirdə İsrailin məhv ediləcəyini deyib

ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının namizədi və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin noyabr seçkilərində qalib gələcəyi təqdirdə “İsrailin məhv ediləcəyini” iddia edib.ABŞ-ın keçmiş prezidenti Tramp Respublikaçı Yəhudi Koalisiyasının ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilən illik toplantısına canlı link vasitəsilə qatılıb.Koalisiya donorlarına müraciət edən Tramp Harrisin prezident olacağı təqdirdə İsrailin artıq mövcud olmayacağını deyib.Yəhudi seçicilərdən səs istəyənləri və Demokratlara dəstək verənləri anlaya bilmədiyini ifadə edən Tramp, “Demokratlara səs verən yəhudi amerikalıların zehninin yoxlanılması lazımdır” - deyə qeyd edib.Tramp həmçinin bəyan edib ki, əgər son seçkidə prezident seçilsəydi, HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumlar baş verməzdi.Harrisin seçki komandasının Trampın açıqlamalarına verdiyi şərhdə onun yəhudi amerikalıları “açıq-aşkar təhqir etdiyi” və “şəxsi maraqlarına uyğun gələrsə, birdən-birə İsraildən üz döndərə biləcəyi” qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
afn.az

10Mənbələr