AZ

İtaliya Azərbaycana ixracı artırmağa çalışır - Ticarət Palatasının prezidenti

Bakı, TurkicWorld

İtaliya Azərbaycanla ticarət dövriyyəsində ixracın payını artırmağa çalışır.

TurkicWorld-in məlumatına görə, bu barədə jurnalistlərə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi deyib.

"İllər ərzində Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi dəyişib. 2013-cü ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 8 milyard dollar təşkil edirdisə, 2017-ci ildə 17 milyard dollara çatıb. Bu, əsasən, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz tədarükü hesabına baş verib", - deyə Ticarət Palatasının prezidenti bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycandan İtaliyaya və əksinə malların ixracının həcmində müəyyən fərq var.

"Biz İtaliyanın Azərbaycana ixracını artırmalıyıq. Hazırda bu rəqəm bir neçə yüz milyon avroya yaxındır. Azərbaycan kiçik ölkə olsa da, inkişaf və əməkdaşlıq imkanları çoxdur", - deyə Manuela Traldi bildirib.

O, həmçinin, qeyd edib ki, İtaliya hökuməti öz şirkətlərinin Azərbaycan bazarında iştirakını genişləndirmək üçün hər cür səy göstərir.

"Bizim üçün təkcə ticarət dövriyyəsinin artması deyil, həm də layihələrin həyata keçirilməsi üçün İtaliya şirkətləri ilə bağlanmış müqavilələrin sayının artması vacibdir. İtaliyadan olan iş adamları üçün Azərbaycanda getdikcə daha çox imkanlar açılır", - deyə Ticarət Palatasının prezidenti bildirib.

Seçilən
40
4
turkic.world

6Mənbələr