AZ

İtaliya Azərbaycanla ticarət dövriyyəsində ixracın payını artırmağa çalışır - Manuela Traldi

İtaliya Azərbaycanla ticarət dövriyyəsində ixracın payını artırmağa çalışır.

Fins.az-ın məlumatına görə, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi jurnalistlərə açıqlamasında bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi illər ərzində dəyişib. 2013-cü ildə ticarət dövriyyəsi 8 milyard dollar təşkil edərkən, 2017-ci ildə bu rəqəm 17 milyard dollara çatıb. Artımın əsas səbəbi Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz tədarüküdür.

Hazırda Azərbaycandan İtaliyaya və əksinə malların ixracında müəyyən fərqlər mövcuddur. “Biz İtaliyanın Azərbaycana ixracını artırmalıyıq. Hazırda bu rəqəm bir neçə yüz milyon avroya yaxındır. Azərbaycan kiçik ölkə olsa da, inkişaf və əməkdaşlıq imkanları çoxdur,” - deyə Traldi vurğulayıb.

O, həmçinin, İtaliya hökumətinin öz şirkətlərinin Azərbaycan bazarında iştirakını genişləndirmək üçün səylərini artırdığını qeyd edib: “Bizim üçün yalnız ticarət dövriyyəsinin artması deyil, həm də İtaliya şirkətləri ilə bağlanmış müqavilələrin sayının artması vacibdir. İtaliyadan olan iş adamları üçün Azərbaycanda getdikcə daha çox imkanlar açılır.”

Fuad Mədətov
Fins.az

Seçilən
35
4
fins.az

6Mənbələr