AZ

Sumqayıtda seçmə xarakterli voleybol məşqləri keçirildi

Sumqayıt şəhərində 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçu oğlanlardan ibarət yığma komandaların formalaşdırılması üçün təşkil olunan seçmə xarakterli məşqlər keçirilib.

Sportnet.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 3 və 4-də Sumqayıt OİK-də yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən seçmə xarakterli məşqlər keçirilib.

Məşqlərdə 15 idmançı iştirak edib. “Sumqayıt RVK”nın, eləcə də RVK-lara daxil olan ətraf bölgələrin 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçularının qatıldığı məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən voleybolçuların qeydiyyatı aparılıb.

Qeyd edək ki, bu seçimlərin aparılmasında əsas məqsəd 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdır. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
7
sportnet.az

8Mənbələr