AZ

Voleybol yığmalarının formalaşdırılması üçün Sumqayıtda seçim xarakterli məşqlər keçirilib

Sumqayıt şəhərində 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçu oğlanlardan ibarət yığma komandaların formalaşdırılması üçün təşkil olunan seçim xarakterli məşqlər keçirilib.

90deqiqe.Az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 3 və 4-də Sumqayıt Olimpiya İdman Kompleksində yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən seçim xarakterli məşqlər keçirilib.

Məşqlərdə 15 idmançı iştirak edib. “Sumqayıt RVK”nın, eləcə də RVK-lara daxil olan ətraf bölgələrin 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçularının qatıldığı məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən voleybolçuların qeydiyyatı aparılıb.

Qeyd edək ki, bu seçimlərin aparılmasında əsas məqsəd 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdır. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
7
90deqiqe.az

8Mənbələr