AZ

“Görünməz təhlükə”: Rusiya ordusu ora hücum edəcək

Rusiya ordusu yaxın gələcəkdə öz prioritetini dəyişəcək, Donetsk vilayətində əsas istiqamət Pokrovsk deyil, Kuraxiv olacaq.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko deyib.

Ekspertin fikrincə, ruslar Pokrovska əks-istiqamətlərdən hücum edəcəklər. Hazırda Ukrayna ordusu bu yöndə vəziyyəti müəyyən qədər stabilləşdirib və rusları cilovlaya bilir. Rusiya qoşunları son üç gündə ciddi irəliləyiş əldə etməyib.

“Fərz edək ki, ruslar aktiv döyüşlərin davam etdiyi Selidov vasitəsilə cənuba hücum etməyə çalışırlar. Burada qaynar nöqtə var, oranı adlayaraq Kuraxivə keçməyə çalışacaqlar. Buradan cinahla Pokrovska hərəkət edə bilərlər. Şimalda da vəziyyət eynidir. Əvvəlcə düşmən Pokrovskla maddi-texniki əlaqəni kəsərək, şimaldan yan keçməyə çalışaraq Mirnoqrada girməyə cəhd edəcək. Bu, Rusiyanın genişmiqyaslı işğalı zamanı dəfələrlə istifadə etdiyi “gənə taktikası”dır”, - Musienko vurğulayıb.

Rusiya ordusu belə əməliyyatları genişmiqyaslı zərbələr olmadan keçirməyib. Bu həm Baxmut, həm də Avdivdə baş verib. Ruslar cinahlarla hərəkət edərək Ukrayna qüvvələrini yarımmühasirə və ya tam mühasirəyə almağa çalışa, logistikanı kəsə və ukraynalılar üçün yeni problemlər yarada bilər.

Musienkonun fikrincə, Kuraxiv qiymətləndirilməmiş təhlükədir: “Amma indi hamı Pokrovskdan danışır, indi burada bizim qüvvələrimiz üçün müəyyən çətinliklər olsa da, yaxşı müdafiə xətti də var. Kuraxiv, Pokrovsk və Uqledar düşmənin əsas hədəfləridir”.

Ukraynalı analitik qeyd edib ki, ruslar sürətli irəliləyə bilmirlər:

“Düşmən irəliləməyə davam etsə də, bəzi parametrlərdə güc çatışmazlığı hiss etməyə başlayıb. Hazırda Rusiyanı tez tükəndirmək üçün mübarizə gedir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
teleqraf.com

10Mənbələr