AZ

Şolts "Volkswagen" avtokonsernini məhv etməkdə ittiham olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İrlandiyalı jurnalist Çey Bou Almaniya kansleri Olaf Şoltsun şəxsən "Volkswagen" avtokonsernini məhv etdiyini açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, o bu barədə özünün "X" sosial şəbəkə hesabında yazıb.
"Avtomobillərdən başı çıxan hər kəs bilir ki, "Volkswagen", demək olar ki, məhv edilməsi mümkün olmayan bir şeydir", - deyə qeyd edib.
Daha əvvəl bildirilmişdi ki, "Volkswagen" konserni xərcləri azaltmaq üçün mübarizədə Almaniyada rentabelli olmayan zavodların bağlanması ehtimalı barədə xəbərdarlıq edib.
Şirkət artıq Almaniyada zavodların bağlanması ehtimalını istisna edə bilmədiyini etiraf edib. Avtomobil istehsalçısı bir böyük avtomobil istehsalı zavodunu və bir də ehtiyat hissələri istehsal edən zavodun köhnəldiyini hesab edir.
Həmçinin alman avtomobil istehsalçısı 1994-cü ildən qüvvədə olan və iş yerlərinin ixtisarının qarşısını alan məşğulluq zəmanəti proqramının dayandırıldığını bəyan edib. Avtomobil istehsalçısı bütün qənaət tədbirlərini istehsalat şurası ilə müzakirə etmək niyyətindədir.
"Volkswagen" brendinin rəhbəri Tomas Şefer bildirib ki, vəziyyət son dərəcə gərgindir və sadəcə xərclərin azaldılması tədbirləri ilə aradan qaldırıla bilməz.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
29
oxu.az

10Mənbələr