AZ

Son altı gün ərzində düşmən bir metr belə irəliləməyib – Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski

Ukrayna Silahlı Qüvvələri rus qoşunlarının Pokrovski istiqamətində irəliləyişini dayandıra bilib.

Bu barədə CNN telekanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib. O, etiraf edib ki, Ukrayna müdafiəsi bir neçə həftə ərzində Pokrovsk ətrafındakı ərazidə böyük təzyiq altında olub.

Amma indi burada təcavüzkarın hücumu dayandırılıb. “Son altı gün ərzində düşmən Pokrovski istiqamətində bir metr belə irəliləməyib, başqa sözlə, bizim strategiyamız işləyir”, – deyə Sırski bildirib. Ali baş komandanın sözlərinə görə, Rusiya on minlərlə əsgərini Ukraynada cəbhəyə təsir edən Kursk bölgəsinə köçürməyə məcbur olub. “Biz onları manevr etmək və başqa istiqamətlərdən öz əlavə qüvvələrini yerləşdirmək imkanlarından məhrum etdik… və bu zəifləmə, şübhəsiz ki, digər ərazilərdə də hiss olunur. Artilleriya hücumlarının sayı, eləcə də hücumun intensivliyi azalıb”, – Sırski deyib.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
171
12
editor.az

10Mənbələr