AZ

Ukrayna müdafiə nazirinin istefası tələb edilib

Ali Radanın deputatı Aleksey Qonçarenko Ukrayna müdafiə naziri Rüstəm Umerovun istefasını tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə millət vəkili öz teleqram hesabında yazıb.

O Umerovu bacarıqsız adlandırıb:

“Umerov yaxşı oğlandır, ingilis dilini gözəl bilir, amma nazirliz səviyyəsi bir az fərqlidir. O həqiqətən bacarıqsızdır. Onun fəaliyyətinin hər günü Ukrayna üçün çox pis nəticələr verəcək”.

Xatırladaq ki, sentyabrın 4-ü səhər saatlarında Ukrayna xarici işlər naziri Dmitri Kuleba istefa verib.Ali Radanın sədri Ruslan Stefançuk sosial media hesabında paylaşım edərək bildirib ki, o, nazirin istefa ərizəsini alıb.

Ərizəyə plenar iclasların birində baxılacaq. Ali Radanın sədri qeyd edib ki, ötən gün də Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim ediblər.

Aygün,

KONKRET.az

Seçilən
196
12
konkret.az

10Mənbələr