San-Marino yığması 20 ildən sonra qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, komanda buna UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçirdiyi oyunda nail olub.
"Stadio Olimpico di Serravalle"də baş tutan görüş San-Marino komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində 53-cü dəqiqədə Niko Sensoli fərqlənib.
Qeyd edək ki, San-Marino komandası son qələbəsini 20 il əvvəl elə Lixtenşteyn üzərində qazanıb - 1:0.