Serravalle şəhərindəki "Stadio Olimpiko" stadionunda San Marino və Lixtenşteyn milli komandaları arasında UEFA Millətlər Liqasının D divizionunun ilk turunun oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, görüş San Marinonun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 53-cü dəqiqədə hücumçu Niko Sensoli vurub.
Beləliklə, San Marino komandası 20 ildə ilk qələbəsini qazanıb. 28 aprel 2004-cü ildə komanda Lixtenşteyni də 1:0 hesabı ilə məğlub etmişdi. Maraqlıdır ki, bu, San Marino komandasının tarixindəki yeganə iki qələbədir.
Hazırda San Marino 3 xalla 1-ci qrupda turnir cədvəlinə başçılıq edir. Növbəti oyunda San Marino Moldova ilə qarşılaşacaq.
San Marino FIFA-nın reytinq cədvəlində sonuncu - 210-cu yerdədir. Lixtenşteyn 199-cu yeri tutur.
Aydın