AZ

Andre Qomeş Fransa klubunda

Portuqaliyalı yarımmüdafiəçi Andre Qomeş özünə yeni klub tapıb.

90deqiqe.Az xəbər verir ki, azad agent kimi o, Fransa Liqa 1-in top klublarından biri olan "Lill"ə keçib. Yarımmüdafiəçi növbəti iki mövsüm üçün "bulldoqlar" ilə müqavilə imzalayıb.

31 yaşlı oyunçu ötən yaydan klubsuz qalıb. O, "Porto" və "Boavişta"nın yetirməsidir və "Benfika"da böyüklər səviyyəsində oynamağa başlayıb. Sonra karyerasına "Valensiya" və "Barselona" da daxil idi.

Qeyd edək ki, Qomes "Lill"i çox yaxşı tanıyır. O, 2022-2023-cü illərdə il yarım bu klubda olub. Transfermarkt, Bulldogs-un yeni transferini 10 milyon avro dəyərində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
18
90deqiqe.az

10Mənbələr