AZ

Kiyevə yenidən kütləvi hücum olub - Foto

Kiyevə

Sentyabrın 7-nə keçən gecə Rusiya Silahlı Qüvvələri “Şahed” tipli hücum dronları ilə Ukraynanın paytaxtı Kiyevə hücum edib.

Reyting.az
-ın məlumatına görə, Kiyev Şəhər Hərbi Administrasiyası bildirib ki, gecə hücumu kütləvi olsa da, düşmənin pilotsuz təyyarələri hədəfinə çatmayıb və bütün dronlar məhv edilib.

Qeyd edilir ki, Rusiyaya məxsus PUA-lar gecə yarısından əvvəl müxtəlif istiqamətlərdən Kiyev üzərində uçmağa başlayıb.

Son məlumata görə, Peçerski rayonunda dörd müxtəlif ünvanda dağıntılar qeydə alınıb. Eləcə də, açıq sahədə yanğın baş verib və 50 m2 ərazini əhatə edib.

İlkin məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.



ELÇİN
Seçilən
194
11
reyting.az

8Mənbələr