AZ

Rusiya şəhərləri atəş altında

Rusiyanın Voronej şəhərində partlayışlardan sonra yanğın başlayıb. “Baltimor” hərbi aerodromu hücuma məruz qalmış ola bilər.

“Astra” Telegram kanalı yerli sakinlərə istinadən hərbi aerodromda baş verən yanğın barədə yazıb.

Vilayətinin qubernatoru Aleksandr Qusev bildirib ki, növbətçi hava hücumundan müdafiə qüvvələri bölgədə Ukraynaya məxsus bir neçə təyyarə tipli pilotsuz aparatı məhv edib. Tələfat və dağıntılar barədə məlumat verilmir.
Rusiyanın VChK-OGPU Telegram kanalı yazır ki, Voronej vilayəti bütün gecəni dronların hücumu altında keçirib. Yerli sakinlər partlayışların və bir neçə yanğının olduğunu bildirirlər. Hücumun hədəflərindən biri Baltimordakı Rusiya hərbi aerodromu ola bilər. Həmçinin bu gecə Rusiyanın hava hücumundan müdafiəsi Belqorod və Kursk vilayətlərində fəaliyyət göstərib.

Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov hava hücumundan müdafiənin Ukrayna raketlərinin hücumunu dəf etdiyini, onlardan dördünün vurulduğunu bildirib. Oryol vilayətinə də pilotsuz təyyarə hücumu ilə bağlı məlumatlar var.

//Samir Qurbanov, Editor.az

Seçilən
148
11
editor.az

8Mənbələr