AZ

“Bunu bacaracaq gücümüz var” – Toral Bayramov

UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində sentyabrın 8-də Koşitse Futbol Arenasında keçiriləcək Slovakiya – Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin futbolçusu Toral Bayramov fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın oyunçusu bunları söyləyib:

“Bizi çox güclü kollektivə qarşı çətin oyun gözləyir. Rəqib son Avropa çempionatında uğurlu çıxış edib. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Bunu bacaracaq gücümüz var. Komandamızda ab-hava yaxşıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
17
futbolinfo.az

10Mənbələr