AZ

Bunu etsək millimiz uğur qazana biləcək -

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 2-ci turunda Slovakiya yığması ilə Koşitsedə keçirilən oyundan (0:2) sonra mətbuat konfransında çıxış edib.Metbuat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, komandanın sona qədər mübarizə apardığını vurğulayıb:

"Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq. Futbolçular sona qədər mübarizə aparıblar. Oyuna rəqib daha yaxşı başladı və Slovakiyanın hücumlarının qarşısını almağa çalışdıq. Rəqib daim təzyiq göstərirdi. Güclü komandalara qarşı intensiv oynamaq çox vacibdir. Mental düşüncəmizi dəyişməli və başa düşməliyik ki, həm yaxşı müdafiə oluna, həm də güclü hücumlar qura bilərik. İntensiv oyun səviyyəsini yüksəltsək, gələcəkdə uğurlar qazanarıq. Bu komandanı müsbət istiqamətdə dəyişdirəcəyimə əminəm. Mental olaraq çalışsaq, Azərbaycan futbolunun gələcəyini birlikdə dəyişə bilərik."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
17
metbuat.az

10Mənbələr