Türkiyə millisinin sabiq basketbolçusu İlkan Karaman faciəvi şəkildə dünyasını dəyişib.
QOL.az xəbər verir ki, o, avtomobil vurması nəticəsində həyatını itirib.
Qeyd edək ki, 34 yaşlı idmançı karyerası ərzində "Fənərbaxça", "Beşiktaş" kimi klubların formasını geyinib. Karaman son mövsümü "Çayırova Belediye"də keçirib. O, 2013-cü ildə ilk Türkiyənin əsas millisinin debüt edib.