Türkiyə millisinin sabiq basketbolçusu İlkan Karaman vəfat edib.
Teleqraf.com xəbər verir ki, 34 yaşlı idmançı avtomobil vurması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, karyerası ərzində "Fənərbağça", "Beşiktaş" kimi klubların şərəfini qoruyan Karaman son mövsümü "Çayırova Belediye"sinin heyətində keçirib.
O, 2013-cü ildə ilk dəfə Türkiyənin əsas millisinin formasını geyinib.
Müəllif: Teleqraf.com