AZ

Ərdoğandan Narin açıqlaması: "Ən ağır cəzanı alacaqlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirin Bağlar rayonunda bu səhər cəsədi tapılan Narin adlı qızla bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, bu barədə Ərdoğan özünün "X" hesabında paylaşım edib.
"Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamımızı dərindən yaraladı. Kədərimizin həddi-hüdudu yoxdur", - o yazıb.
Ölkə başçısı qeyd edib ki, Narinin itkin düşməsi barədə məlumat alınandan sonra təhlükəsizlik qüvvələri onu sağ tapmaq üçün çox ciddi səylər göstəriblər:
"19 gün davam edən axtarışlar nəticəsində təəssüf ki, ürəklərimizə su səpən bir xəbər ala bilmədik".
Ərdoğan Narinin qatillərinin ədalət qarşısında mütləq cavab verəcəyini də vurğulayıb:
"Narin övladımızı bizdən qoparanların layiq olduqları ən ağır cəzanı almaları üçün məhkəmə prosesinin şəxsən izləyicisi olacağımı bildirmək istəyirəm".
Qeyd edək ki, Narin Güran avqustun 21-dən axtarışda idi. Onun əmisi istintaq çərçivəsində saxlanılıb və sentyabrın 2-də həbs edilib.
İlkin məlumata görə, qız zorlanıb və boğularaq öldürülüb. Hadisə bütün Türkiyəni sarsıdıb. Ölkə prezidenti və xalq qatillərin ən sərt şəkildə cəzalandırılmasını tələb edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
oxu.az

10Mənbələr