AZ

Biz beləyik və əlayıq - Azərbaycan həqiqətlərinin İtaliyadan təqdimatı

Prezident İlham Əliyevin Milanda keçirilən “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada etdiyi çıxış xarakterinə görə həqiqətlərin bir daha səmimi,  dəqiq, cəsərətli təqdimatı, məzmununa görə orijinallığı ilə növbəti dəfə bütün yaxşı mənalarda fərqləndi, seçildi.

Azərbaycan həqiqətən seçilmiş ölkədir. 70 ildən sonra dövlət müstəqilliyinə cəmi 35 ildir həm də əbədi nail olan ölkəmiz, bəli əziz, sevgili vətənəmiz bu 35 ildə 350 illik yol keçib desək, zamanın tarixi müddətini azaltmış olarıq. Şişirtməyə də ehtiyac yoxdur. Çox ağır işğal hadisəsinə birdəfəlik son qoyaraq ərazi bütövlüyü və suverenliyini tam bərpa edən, düşmənin cəhənnəmə çevirdiyi yurdlarda təkbaşına dərhal cənnət qurmağa başlayan, həm haqlı, həm də güclü olduğunu yer kürəsinə sübut etməyi bacaran, "yurdda sülh-cahanda sülh" prinsipini amalına çevirən dövlətin bir ildə keçdiyi yol elə 10 illik yola bərabədrdir.

Ökəmizin dünyadakı yeri və rolunun hansı səviyyədə olduğunu dəqiqləşdirib fəxarət duymaq əlbəttə gözəl hissdir. O hissi Azərbaycan Prezidentinin sentyabrın 6-sı Beynəlxalq Çernobbio Forumundakı çıxışının mənzərəsinə, məhz mənzərəsinə tamaşa etməklə yaşamaq mümkündür.

Buyurun:  

 

- Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür.

- Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

- Əlavə olaraq ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.

- İtaliyanın beş aparıcı universiteti – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri, onların Azərbaycandan olan tərəf-müqabilləri İtaliya-Azərbaycan Universiteti kimi müştərək təsisat, ali təhsil ocağı yaradıb.

- Azərbaycan-İtaliya arasındakı yüksək səviyyəli münasibətlər təsdiqləyir ki, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında yüksək səviyyəli münasibətlər qarşılıqlı etimad, hörmət, maraqların nəzərə alınması nəticəsində qurula bilər, nəticədə tərəqqi yaşanar.

- Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu.

- Beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də olsun.

- Ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüququn kifayət etmədiyini, masa üzərində digər amillərin də olmasının vacibliyini 30 illik işğala son qoymaqla dünyaya bir daha anlatdıq.

- Azərbaycan suverenliyi tam şəkildə bərpa etdi, münaqişəyə nəhayət son qoyuldu və bu, məhz belə də olmalı idi.

- Azərbaycan öz nümunəsi ilə nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnər.

- Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda davamlı sülhə nail ola bilərik.

- Sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizi razılaşdırılıb.

- Delimitasiya prosesinin başlanması, sərhədin uzunluğunun 1000 kilometrdən artıq olmasına baxmayaraq, 13 kilometrlik hissəsinin demarkasiyası belə, düzgün istiqamətdə atılan addımdır.

- Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcudluğuna baxmayaraq, Azərbaycan sülh sazişinin imzalanmasını necə sidq-ürəklə istəyirsə, 1000 km-lik məsafənin 13 km-nin demarkasiya olunmasını irəliyə atılmış addım kimi dəyərləndirir və bu mövqe ölkəmizin ali siyasi düşüncəyə sahib olduğunun göstəricisidir. 

- Ən böyük iqlim konfransı olan COP29 Azərbaycanın ev sahibliyi çərçivəsində tarixdə ilk dəfə Qafqaz regionunda keçiriləcək.

- Azərbaycan qlobal Cənub və qlobal Şimal arasında körpü qura bilər və bu, mümkündür.

- Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır,

- 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik.

- Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik.

- Azərbaycan Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmayıb və belə bir niyyəti yoxdur.

- Uktayna-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılması istiqamətində Azərbaycanın iştirakına  zərurət yaranarsa, ölkəmiz buna hazırdır.

- Rusiya, Ukrayna və Avropa təsisatları Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Azərbaycana müraciət ediblər və bir neçə aydır ki, ölkəmiz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstərir.

- Dekabrda qazın tranziti dayanarsa bir neçə Avropa İttifaqı ölkəsi ciddi çətinliklərlə üzləşəcək.

- Qazın tranziti dayanacağı təqdirdə Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaq və belə ağır fəsadlar yaşadacaq hadisə baş verməsin deyə, Azərbaycan həmin ölkələri və Ukraynanı dəstəkləyir.

- Qazın tranziti mövzusunda Azərbaycan hər iki ölkə ilə təmasdadır və ciddi irəliləyiş üçün zəmin var, uğura çatsaq, regionu viran edən müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik.

- Hər iki ölkə Rusiya qazının tranziti müqaviləsinin uzadılması, bizim qazın Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır.

- Ölkəmiz Avropa konvensiyalarının əksəriyyətinə qoşululub, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edir, bir sözlə ümumdünyavi, beynəlxalq ali dəyərlərə sadiqik.

- Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsi suverenliyimizin bərpasına nail olduğumuza görə bizə qarşı sanksiya idi.

- Öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq.

- Nümayəndə heyətinin AŞPA-nın iclaslarında iştirakdan imtina etməsi bizi Avropa Şurasında görmək istəməyənlərə adekvat cavab idi.

- Nümayəndə heyətinin hüquqlarını pozan səsvermə qadağası, gələn ilin yanvarında aradan qaldırılacaqsa, fəaliyyət yenidən bərpa ediləcəksə AŞ-nın hərəkətinə cavab kimi tətbiq tediyimiz haqlı qadağamızı da götürəcəyik.

Buyurun. BİZ beləyik və əlayıq!

 

Ceyhun Musaoğlu

Jurnalist Ekspert Mərkəzinin sədri

Seçilən
155
2
bakivaxti.az

10Mənbələr