Yay fasiləsində ölkəmizə ayaq açan legionerdən biri də Robert Bauer oldu.
29 yaşlı müdafiəçini "Neftçi" sıralarına qatdı.
Almaniya gənclər millisinin üzvü olmuş arxa xətt oyunçusu artıq "ağ qaralar"ın heyətində 3 rəsmi matça çıxıb.
Deməli, almaniyalı legioner çempionatımızı az da olsa yaxından tanımaq fürsəti olub.
Maraqlıdır, Premyer Liqanın səviyyəsi təcrübəli futbolçunu qane edirmi?
O, Sportinfo.az-a açıqlamasında sualımıza bu cür cavab verib:
"Çempionatın səviyyəsi məni qane edir. Yaxşı komanadalar var.
Gərgin mübarizə gedir, yüksək yerlər uğrunda mübarizə aparan klublar çoxdur. Ən əsası, "Neftçi"yə qarşı rəqiblərin xüsusi motivasiya ilə oynadığını görürəm".
XANOĞLAN